Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

Sakit Zahidovun məhkəmə istintaqı yekunlaşdı


Sentyabrın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun növbəti məhkəmə prosesi keçirildi. Təqsirləndirilənin vəkili Vüqar Xasayevin istəyi ilə jurnalistin narkotik maddədən istifadə edib-etməməsini yoxlayan həkimlər dindirildilər. Respublika Narkoloji Dispanserin həkimi Faiq İsgəndərov bildirdi ki, o, Sakit Zahidovda ilkin narkoloji xəstəliyin aşkar olunması haqqında rəy verib. Vəkilin suallarına cavabında isə cənab İsgəndərov bildirdi ki, bu cür rəy versə də, heç bir analiz keçirməyib. Buna əsaslanıb ki, həmin vaxt Sakit Zahidovun əlləri əsirmiş, əhval-ruhiyyəsi isə aşağı olub. İfadə verən başqa bir həkim Ruzanna Masanova isə dedi ki, jurnalistin narkotik maddə qəbul edib-etməməsi haqqında deyil, alkoqoldan istifadə etməsi barədə rəy verib.


Daha bir neçə şahidin ifadəsindən sonra hakim məhkəmə istintaqının yekunlaşdığını bildirdi. Sentyabrın 26-da keçiriləcək növbəti prosesdə dövlət ittihamçısının və vəkilin çıxışı olacaq.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov bu il iyunun 23-də həbs olunub. O, narkotik maddə saxlamaqda və satmaqda ittiham olunur. Jurnalist isə narkotik maddəni onun cibinə polislərin qoyduğunu bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG