Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

«Məcburi tibbi sığorta haqqında» yeni qanun layihəsi hazırlanıb


Dövlət Sosial Müdafiə Fondu «Məcburi tibbi sığorta haqqında» yeni qanun layihəsi hazırlayıb. Fondun rəhbəri Səlim Müslümovun mediaya verdiyi məlumata görə, layihə artıq hökumətə və Dünya Bankının ekspertlərinə təqdim olunub. Səlim Müslümovun sözlərinə görə, yeni qanun qəbul edilərsə -5-10 il ərzində dövlətin sosial sığortayla bağlı xərcləri azalacaq və bu sistemi daha işlək hala gətirəcək. Çünki 1999-cu ildən qüvvədə olan qanuna əsasən sosial sığorta xərclərinə dövlət hər il 500-600 milyon dollar xərcləməli olur. Dövlət Sosial Müdafiə Fondunun rəhbərinin sözlərinə görə, bu sistem ilkin olaraq dövlət qulluqçularına aid ediləcək, daha sonra isə qanunun tətbiq dairəsi genişləndiriləcək. Yeni qanun layihəsində indiki sosial sığorta faizlərinin 22-dən 20-yə endirilməsi, azalan 2%-in isə məhz tibbi sığortaya yönəldilməsi təklif edilir.


XS
SM
MD
LG