Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:22

BMT baş katibi İraqda vətəndaş müharibəsinin başlaya biləcəyini deyir


BMT-nin baş katibi Kofi Annan xəbərdarlıq edib ki, İraqda zorakılıq davam etsə, ölkədə vətəndaş müharibəsi başlaya bilər. Cənab Annan bunu İraqda 30 nəfərin öldürülməsindən sonra donorların konfransında deyib.


Sentyabrın 18-də Bağdadın şimalında, Təl əfər bazarındakı partlayışda isə 22 nəfər ölüb. Bundan əvvəl Bağdadın qərbində, Ramadidə polis mərkəzində intiharçı bombaçı 13 nəfərin həyatına son qoymuşdu.


Nuri Kamil Əl Malikinın başcılıq etdiyi hökumət bildirib ki, ölkənin cənub əyalətlərində təhlükəsizlik nəzarətini öz üzərinə götürə bilər. İndi bu əraziyə Britaniya komandanlığı altında İtaliya qoşunları nəzarət edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG