Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Çin şirkətinin işçiləri tətili dayandırdılar


Çin şirkəti «Greatwall Drilling Company»nin əmək haqlarının artırılması, bir neçə illik məzuniyyət haqqının ödənilməsi və iş şəraitinin yaxşılaşdırılması tələbilə tətil edən əməkdaşları aksiyanı dayandırıblar. Bu haqda «Azadlıq» radiosuna 88 saylı buruqda qazmaçı köməkçisi işləyən Fəxrəddin Kərimov məlumat verib. Onun sözlərinə görə, rəhbərlik tələblərlə bağlı Çində yerləşən mərkəzi ofisin göstərişini gözlədiyini bildirib.


Şirkətin Azərbaycan nümayəndəliyinin hüquq müşaviri Adil Kərimlisə işçilərin tələblərinin yerinə yetiriləcəyi haqda artıq razılıq əldə olunduğunu, bu üzdən də aksiyanın dayandırıldığını deyir. Onun sözlərinə görə, fəhlələrin yazılı müraciətinə eyni şəkildə cavab göndərərək bildiriblər ki, maaşlar növbəti ildən artırılacaq. Eyni zamanda boşdayanmaya görə, növbəti üç ayda hər kəsə əmək haqqının üçdə ikisi qədər müavinət ödəniləcək.


Qazma işləri ilə məşğul olan Çin şirkəti «Greatwall Drilling Company» «Salyan-oil» şirkətinin podratçısıdır və qazma işləri ilə məşğul olur.


Şirkət işçilərinin 40-a yaxın işçisi sentyabrın 12-dən tətilə başladığını, üç gün sonra isə yerdə qalanlar onlara qoşulduqlarını bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG