Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

Su və kanalizasiya sisteminin yenilənməsinə 150 milyon dollar ayrılması gözlənilir


Kiçik şəhərlərdəki su və kanalizasiya sistemlərinin vəziyyətilə tanış olmaq üçün ilin sonuna yaxın Dünya Bankının (DB) nümayəndə heyəti Azərbaycana gələcək. Bankın Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan hökumətinin xahişi ilə DB su və kanalizasiya sistemlərinin yenilənməsini maliyyələşdirməyə razılıq verib. Hazırda birgə işçi qruplar layihənin hazırlamaqla məşğuldurlar, noyabrın sonu–dekabrın əvvəlində isə bankın eskpertlərinin səfəri zamanı layihənin əsas detalları razılaşdırılacaq.


Sözügedən layihənin 2007-ci əvvəlində təsdiqlənməsi və Azərbaycanın bölgələrində su və kanalizasiya sisteminin yenilənməsinə təxminən 150 milyon dollar ayrılması gözlənilir.



Günün bütün mövzuları

XS
SM
MD
LG