Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

5 tələbə ABŞ və Malaziyada bakalavr dərəcəsi üzrə təhsil alacaq


2006-cı ildə I ixtisas qrupu üzrə (Azərbaycan və rus bölməsi) ali məktəblərə qəbul olmuş 5 nəfərin ABŞ-ın «George Mason» və Malaziyanın Texnoloji universitetlərində bakalavr dərəcəsi üzrə təhsil almaq şansı var.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ABŞ-ın «George Mason» Universiteti və Malaziyanın Texnoloji Universiteti arasında əldə edilən razılaşmaya əsasən, müsabiqədə Azərbaycan vətəndaşı olan, I ixtisas qrupu üzrə qəbul imtahanlarında 400-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş, ingilis dilini mükəmməl bilən (TOEFL sertifikatı), fiziki cəhətdən sağlam olan şəxslər iştirak edə bilərlər.


Sözügedən universitetlərə daxil olanlar pulsuz təhsil alacaqlar. Təhsil Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən maliyyələşdirilir. Müsabiqədən keçən namizədlər təhsil müddətində aylıq təqaüd alacaq və ildə bir dəfə gediş-gəliş xərcləri ödəniləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər sentyabrın 18-dən 22-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməklə xüsusi ərizə formasını doldurmalıdırlar.



Günün bütün mövzuları

XS
SM
MD
LG