Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Məhkəmə növbəti iclasda Osman Əlimuradovu şahid qismində dindirəcək


Apellyasiya Məhkəməsində «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin şikayəti əsasında məhkəmə prosesi davam edir.


Sentyabrın 18-də ittiham olunanlar və onların vəkilləri əlavə şahidlərin, o cümlədən, Osman Əlimuradovun dindirilməsiylə bağlı vəsatət qaldırıblar. Vəkillər deyib ki, həmin şəxsin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər var, ona görə də dindirilməsi vacibdir. Hakim vəsatəti təmin edib. Növbəti məhkəmə prosesində Osman Əlimuradov şahid qismində dindiriləcək. Məhkəmə prosesi isə sentyabrın 22-nə qədər təxirə salınıb.


Osman Əlimuradov «Yeni Fikir»çiləri təqsirləndirən əsas şahid ifadələrini verib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və Ramin Tağıyev 7 və 4 il müddətinə azadlıqdan məhrum edilib, Səid Nuriyə isə şərti olaraq 5 il cəza verilib. «Yeni Fikir»çilər Apelyasiya Məhkəməsindən onlara bəraət verilməsini tələb edirlər.



XS
SM
MD
LG