Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:17

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb


Sentyabrın 18-də Əl Oyunları Sarayında arıçılıq məhsullarının 5-ci sərgi-satış yarmarkası işinə başlayıb. Sərgidə Azərbaycanın 52 rayonundan 400-ə yaxın arıçı iştirak edir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkaya çıxarılan arıçılıq məhsulları Respublika Baytarlıq Laborotoriyasında müvafiq sertifikatlaşmadan keçirilib.


Sərgi sentyabrın 24-nə qədər davam edəcək. Sərgi çərçivəsində arı balı ilə müalicə metodları və damazlıq işinin təşkilinə həsr olunan elmi-praktik konfransın keçirilməsi də planlaşdırılır.


Kənd Təsərrüfatı Nazirilyindən verilən məlumata görə, bu il Azərbaycan arıçıları 11000 ton bal istehsal edib, bu, ötən illə müqayisədə 1000 ton çoxdur.


Azərbaycanda fəaliyyət göstərən 3000-dən artıq arıçılıq təsərrüfatının 100 min arı ailəsi var.



Günün bütün mövzuları

XS
SM
MD
LG