Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16

Rumıniyada yaşayan azərbaycanlılar


Rumıniyada yaşayan Azərbaycan diasporasının nümayəndələri

Rumıniyada yaşayan Azərbaycan diasporasının nümayəndələri

«Qlobus» budəfəki sayında Rumıniyada yaşayan azərbaycanlılardan söhbət açır. Rumıniyadakı Azərbaycan diasporasının fəallarından biri, Fəxri Kərimli ilk azərbaycanlı tədqiqatçı elmlər doktoru adına layiq görülüb. O, 2002-ci ildən Konstansa Ovidius universitetində elmi tədqiqatla məşğuldur. Sentyabrın əvvəlində Fəxri Kərimlinin «Azərbaycan Respublikası və Rumıniya arasında münasibətlər» mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirilib.


Fəxri Kərimli deyir ki, Rumıniyada Şərqi Avropa ölkələrinin əksəriyyətində olduğu kimi azərbaycanlılar nisbətən seyrək yaşayırlar. Rumıniyadakı Azərbaycan icmasının əsasını ilk növbədə bu ölkədə təhsil alan Azərbaycan gəncləri-tələbələr və doktorantlar, bir neçə iş adamı və Azərbaycan səfirliyinin əməkdaşlarının ailə üzvləri təşkil edirlər.


Rumıniyada Azərbaycan icmasının formalaşması prosesi 2001-ci ildə başlanıb. Həmin ildə Şərqi Avropa ölkələri arasında ilk dəfə Rumıniyada Azərbaycan səfirliyi açılıb. Səfirliyin dəstəyi ilə 2001-ci ildə Rumıniyada iki Azərbaycan təşkilatı yaradılıb. Birincisi - Rumıniya-Azərbaycan Dostluq cəmiyyəti, ikincisi isə Azərbaycan Gənclər və Mədəni Assosiasıyasıdır. Rumıniya hökuməti Azərbaycan icması üçün Buxarestin mərkəzində bir ofis ayırıb. Hər iki təşkilat həmin ofisdə yerləşir.


Azərbaycanlıların sayına gəldikdə, Fəxri Kərimli deyir ki, onların sayı onlarladır, İran azərbaycanlıları daha çoxluq təşkil edirlər, amma, onların sayı barədə dəqiq məlumat yoxdur.


Samarada insident…


«Qlobus»un ikinci süjeti Rusiyanın Samara şəhərində azərbaycanlıların hücuma qalmalarındandır. Sentyabrın 13-də Samaranın üç nömrəli meyvə tərəvəz bazasında işləyən azərbaycanlılara hücum edilib. Masallı rayonunun sakini, 33 yaşlı Davud Qulamhüseyn oğlu Zeynalov həlak olub. Bir neçə nəfər yaralanıb.


Ümumrusiya Azərbaycanlılar Konqresinin Samara təşkilatının sədri Şirvan Kərimli bu hadisənin milli zəmində baş verməsi versiyasını rədd eldir və deyir ki, bu, iqtisadi sahələrin bölüşdürülməsi uğrunda mübarizədir.


Almaniyada Azərbaycan mədəniyyəti


Sentyabrın 17-də Mayns şəhərində Azsaylı Xalqların Beynəlxalq Festivalı keçirildi. Tədbiri Mayns şəhərinin bələdiyyəsi təşkil edib. Festivalda Azərbaycanı Mayns Azərbaycan Cəmiyyəti təmsil edib. Cəmiyyətin sədri Bəşər Kömür deyir ki, festivalda Azərbaycanın musiqisi və milli rəqsləri nümayiş etdirilib. Sənət əsərlərinin ifaçıları isə Almaniyada yaşayan azərbaycanlılar olub.


Tallində Azərbaycan xalçası


«Qlobus»un daha bir süjeti Estoniyadandır. Bu günlərdə Tallində Azərbaycanın gənc xalça ustası Rövşən Quliyevin sərgisi açılıb. Sərgidə Azərbaycana həsr olunan xalçalar nümayiş etdirilib, bu sərgi onun Azərbaycandan kənarda keçirilən ikinci sərgisidir. Rəssamın ilk sərgisi isə Türkiyədə olub.


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG