Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

Gəncə 2500 illik yubileyini qeyd edir


Sentyabrın 18-dən 19-a kimi Gəncədə şəhərin 2500 illik tarixi qeyd olunacaq.


Sakinləri bayram mərasiminə dəvət etmək üçün sentyabrın 17-də şəhərin bir neçə istiqamətinə şir və iki dəvənin qoşulduğu atlı carçı dəstəsi göndərilib. Bayram mərasimləri Nizami məqbərəsində, Cavad xan və Comərd Qəssab türbələrində düzənlənəcək, şəhərin baş meydanında ziyafət təşkil ediləcək.


İki gün keçiriləcək bayram tədbirlərində xarici ölkə səfirlərinin, millət vəkillərinin və Gəncəbasar bölgəsinin icra başçılarının da iştirak edəcəyi gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG