Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

«Artikl 19» Təşkilatı qanunun yerinə yetirilməməsindən narahatdır


Söz azadlığı uğrunda «Artikl 19» ümumdünya təşkilatı
Söz azadlığı uğrunda «Artikl 19» ümumdünya təşkilatı

Söz azadlığı uğrunda «Artikl 19» ümumdünya təşkilatı prezident İlham Əliyevə müraciət edərək hökuməti «İnformasiya Azadlığı haqqında» qanunu tətbiq etməyə və bu yöndə beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.


Müraciət müəllifləri ötən ilin dekabrında qəbul olunan «İnformasiya Azadlığı haqqında» qanunu yüksək qiymətləndirsələr də, onun əksər tələblərinin yerinə yetirilmədiyi qənaətindədirlər. Buna görə də təşkilat Azərbaycan hökumətini qanunun informasiya müvəkkilliyinin yaradılması ilə bağlı tələblərini yerinə yetirməyə çağırır. Qanuna görə, onun qəbulundan altı ay sonra ombudsman təyin edilməli olsa da, bu tələb reallaşmayıb.


Eyni zamanda «Artikl 19» informasiya müraciətlərini cavablandırmalı olan müvafiq qurumların yaradılmasını tövsiyə edir. Çünki sözügedən qanunun qəbulundan üç ay sonra mətbuat xidmətlərinin yaradılması nəzərdə tutulsa da, bir çox dövlət qurumlarında belə xidmət yoxdur.


Parlamentin insan haqları komissiyasının sədri Rəbiyyət Aslanova təşkilatın qərəzli olduğunu bildirir. Onun sözlərinə görə, informasiya müvəkkilliyi yaradılmaqdadır, buna görə narahat olmağa dəyməz: «Amma dövlət qurumlarında mətbuat xidmətlərinin fəaliyyətindən narazılıq etmək olmaz».


Bu yaxınlarda ATƏT-in informasiya məsələləri üzrə nümayəndəsi Mikloş Haraşti də söz azadlığının təmin olunması və islahatların aparılması tələbilə dövlət başçısı İlham Əliyevə müraciət etmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG