Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:06

Çin şirkətinin azərbaycanlı əməkdaşları tətil edirlər


«Saylan Oil»un podratçı şirkəti «Greatwall Drilling Company»nin əməkdaşları əmək haqlarının artırılması, iş saatının azaldılması, əmək müqaviləsinin bağlanması, məzuniyyət haqqının ödənilməsi və iş şəraitinin yaxşılaşdırılması tələbilə tətil edirlər.

Qazmaçı köməkçisi Fəxrəddin Kərimov Çin şirkətinin istər Beynəlxalq Əmək Təşkilatının, istərsə də Azərbaycan qanunvericiliyinin tələblərini pozduğunu deyir.


Fəhlələrin sözlərinə görə, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Vanq Minq Xinqə və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət etsələr də, şikayətlərini dinləyən olmayıb.


Şirkətin hüquq müşaviri Adil Kərimli isə «Azadlıq» radiosuna bildirdi ki, maliyyə məsələlərinə görə əmək haqlarının artırılmasına yalnız 2007-ci ilin yanvarında baxılacaq. O ki qaldı istifadə olunmamış məzuniyyətə görə təzminatın ödənilməsinə, Adil Kərimli deyir ki, Azərbaycan qanunvericiliyinə görə, yalnız işçi ilə müqavilə pozulduqda onun istifadə etmədiyi məzuniyyətin haqqı ödənir: «Ona görə də fəhlələrin etirazları əsassızdır».


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, son iki ayda bu şirkət 80 işçini qanunsuz şəkildə işdən azad edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG