Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Avropada ilk Azərbaycan qəzeti çapdan çıxıb


Sentyabrın 16-da Avropada ilk Azərbaycan qəzeti – «ARAZ Azerbaycan» qəzeti çapdan çıxıb. Böyük Britaniyanın paytaxtı Londonda nəşr olunan «ARAZ Azerbaycan» təkcə Britaniyanı deyil, eyni zamanda bütün Avropanı əhatə edəcək.


Qəzetdə Azərbaycanın Avropadakı diasporunun fəaliyyəti, Azərbaycan və İran Azərbaycandan xəbərlər, Dağlıq Qarabağ münaqişəsinə dair faktlar və s. məlumatlar dərc olunacaq. Qəzet ilkin olaraq ayda bir dəfə 24 səhifədən ibarət olmaqla 5 min tirajla çıxacaq. Qəzetin səhifələri əsasən Azərbaycan və ingilis dillərindədir və Britaniya ilə yanaşı, Avropa və Azərbaycanda da yayılması təmin olunacaq.


Qəzetin www.arazazerbaijan.com internet saytı da hazırlanmaqdadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG