Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:39

Qafqaz Müsəlmanları İdarəsi bəyanatla çıxış edəcək


Bir sıra müsəlman ölkələri Roma Papasının islam dünyasından üzr istəməsini tələb edirlər

Bir sıra müsəlman ölkələri Roma Papasının islam dünyasından üzr istəməsini tələb edirlər

Qafqaz Müsəlmanları İdarəsi Roma Papası XVI Benediktin islamın və Məhəmməd peyğəmbərin ünvanına söylədiyi fikirlərlə bağlı bəyanatla çıxış etməyə hazırlaşır.


Bu haqda «Azadlıq» radiosuna məlumat verən İdarənin mətbuat xidmətinin rəhbəri Hacı Akifin sözlərinə görə, onlar bazar ertəsinə qədər gözləməyə qərar veriblər.


İslam Partiyası isə Roma Papasının müsəlman dünyasından üzr istəməsini tələb edir. Partiyanın sədri Hacıağa Nuri bildirir ki, sentyabrın 18-dək müsəlmanlardan üzr istənməsə, Vatikanın Azərbaycandakı nümayəndəliyinə müraciət edəcəklər. Partiya sədri hətta etiraz aksiyası keçirəcəklərini də istisna etmədi: «Vatikan bu hadisəylə bağlı açıqlama versə də, biz şəxsən XVI Benediktin üzr istəməsini istəyirik. Bu baş verməsə münasibətimizi bildirəcəyik».


Roma Papası XVI Benedikt Bizans imperatoruna istinad edərək Məhəmməd peyğəmbərin islamı insanlığa yaraşmayan və şər yollarla yaydığını bildirib. Bir sıra müsəlman ölkələri Roma Papasının islam dünyasından üzr istəməsini tələb edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG