Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37

ABŞ rəsmisi Bakı ilə hərbi əməkdaşlıq sahəsində vəziyyəti müzakirə edir


ABŞ-ın Hərbi Məsələlər üzrə katib müavininin köməkçisi Cim MakDuqal Bakıdadır. İki günlük səfər müddətində onun Müdafiə və Xarici İşlər nazirliklərində görüşləri planlaşdırılıb. Görüşlər zamanı Azərbaycanla ABŞ arasında hərbi münasibətlər, terrorizmlə mübarizədə əməkdaşlıq, İraq, Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatlara dair məsələlər müzakirə olunacaq.


Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirilir ki, cənab MakDuqal iki ölkə arasında hərbi münasibətlərin bütün aspektlərinin nəzarətinə görə, məsuliyyət daşıyır.


Səfər sentyabrın 16-da başa çatır.


XS
SM
MD
LG