Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Bəstəkar Vasif Adıgözəlov vəfat edib


Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Vasif Adıgözəlov sentyabrın 15-də 71 yaşında vəfat edib.
Qara Qarayevin tələbəsi olan bəstəkar Azərbaycan Musiqili Komediya Teatrı üçün bir sıra əsərlər yazıb. O, «Odlar yurdu», «Qarabağ şikəstəsi», «Çanaqqala» kimi oratoriyalarının, üç simfoniyanın müəllifidir. Bir müddət öncə prezident İlham Əliyev bəstəkarı «İstiqlal» ordeni ilə təltif etmişdi.


XS
SM
MD
LG