Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

«Yeni Müsavat»: «Rusiya ikiüzlü siyasətini davam etdirir»


«Yeni Müsavat» qəzetindəki «Rusiya ikiüzlü siyasətini davam etdirir» başlıqlı məqalədə bildirilir ki, GUAM üzvü olan Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna postsovet ölkələrindəki münaqişələrin BMT Baş Assambleyasının 61-ci sessiyasına çıxarılması barədə təşəbbüslə çıxış etsə də, Rusiya bunun əleyninə çıxıb. Nənayət, srağagün axşam Nyu-York vaxtilə saat 12.00-da məsələ BMT-nin Baş Assambleyasına çıxarılıb və səsvermə nəticəsində gündəliyə salınıb. Rusiya təşəbbüsün əleyninə səs versə də, bu, nəticəyə təsir göstərməyib. Müəllifin fikrincə, Azərbaycanla «dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu» iddia edən imperiya varisinin Bakı üçün taleyüklü məsələnin nəllinə açıq şəkildə mane olması çox ciddi məsələdir. «Son zamanlaradək Ermənistanın arxasında gizlənməyi bacaran və işğalçı siyasəti üstüörtülü şəkildə dəstəkləyən Rusiya artıq sifətindəki maskanı çıxararaq problemin ədalətli həllinə açıq maneçilik göstərir», – yazan müəllifə görə, Rusiya XİN-in nümayəndəsi Mixail Kamıninin «Moskva hesab edir ki, bu münaqişənin həlli üçün kənar mexanizmlərdən istifadə məhsuldar olmayacaq» «arqumenti» də çox gülməli səslənir.


«İran Azərbaycanındakı son pro­ses­lə­r la­zı­mi sə­viy­yə­də dəs­tək­lə­nmə­di. Bu mə­sə­lə­yə küt­lə­vi şə­kil­də mü­na­si­bət bil­di­ril­mə­si­nə eh­ti­yac var. Onu da nə­zə­rə al­ma­lı­yıq ki, bu cür mə­sə­lə­lər­də bey­nəl­xalq təz­yiq həl­le­di­ci rol oy­na­yır». AMİP li­de­ri Eti­bar Məm­mə­do­v «525-ci qəzet»ə müsahibəsində belə deyib. Onun sözlərinə görə, mü­əy­yən stra­te­ji ma­raq­la­ra gö­rə, Qərb döv­lət­lə­ri­nin ək­sə­riy­yə­ti, o cüm­lə­dən, Ame­ri­ka İran Azərbaycanında ge­dən pro­ses­lə­rə göz yum­du, da­ha doğ­ru­su, öz­lə­ri­ni gör­mə­məz­li­yə vur­du­lar. Azər­bay­can­da isə eti­raz ak­si­ya­la­rı­nın ke­çi­ril­mə­si­nə be­lə im­kan ya­ra­dıl­ma­dı. Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti İran Azərbaycanı ilə bağ­lı pi­ket­lə­rin heç bi­ri­nə ica­zə ver­mə­di. Cənab Məmmədovun fikrincə, bu, o qə­dər də xo­şa­gə­lən mə­qam de­yil. Çün­ki eti­raz ak­si­ya­la­rı­nın ke­çi­ril­mə­si­nə həm qa­nun yol ve­rir­di, həm də bu, bi­zim mil­li bor­cu­muz idi.


«Bakı-Xəbər» qəzetinin əməkdaşına görə, mübaliğəsiz demək olar ki, Hacı Məmmədovun dəstəsinin ibtidai və məhkəmə istintaqı prosesinin hələlik qəti aydınlaşdırdığı mətləb odur ki, sabiq baş əməliyyat müvəkkili saysız qətllərin sadəcə icraçısı olsa da, sifarişçi və himayədarlar tam kənarda qalıblar. Məsələ burasındadır ki, hələlik dəstənin əsas himayədarı barədə rəsmi nəsə deyilməsə də, şübhə yoxdur ki, onu himayə edən şəxs bir yox, bir neçə mühüm dövlət orqanına eyni vaxtda təsir göstərmək, əmr vermək imkanında olan şəxs ola bilərdi. «Təsəvvürə gətirin ki, dəstənin varlığı barədə hələ 1999-cu ildən başlayaraq Baş Prokurorluqda, MTN-də, Bakı Şəhər Baş Polis İdarəsində, DİN-də ən yüksək səviyyələrdə məlumat olubsa, eyni vaxtda bir-birinə tabe olmayan bu qurumların hamısını susdurmaq, ya susmağı tövsiyə etmək, deyək ki, Zakir Qaralovun, Rüstəm Usubovun, Ramil Usubovun, Zahid Dünyamalıyevin imkanları daxilində necə ola bilərdi? Onların hər biri yalnız öz qurumu daxilində hansısa manevri edə bilərdi», – deyə müəllif yazır.


Keç­miş Təh­sil na­zi­ri Fi­ru­din Cə­li­lov «Şərq» qəzetinin əməkdaşı ilə söhbətində təh­sil sis­te­mi­nə tək­lif­lə­ri­ni və ar­zu­la­rı­nı açıq­la­yıb. Onun fikrincə, əmək haq­qı­nın yük­səl­dil­mə­si uc­qar əra­zi­lər­də kadr prob­le­mi­nin həl­lin­də mü­hüm rol oy­na­ya bi­lər. Sabiq nazirə görə, re­gi­on­la­rın in­ki­şa­fı­na da­ir kon­sep­si­ya uc­qar əra­zi­lər­də də özü­nü doğ­rult­ma­lı­dır. Dərs­lə­rin key­fiy­yə­ti yük­səl­dil­mə­li­dir. Təhsil sistemində yol verilən rüşvət hallarına gəlincə isə, cənab Cəlilov ye­ni dərs ilin­də bu prob­lemin ara­dan qal­dı­rılacağına ümidlidir. Onun fikrincə, əgər bu prob­lem həll olun­sa, təh­sil sis­te­min­də əsas­lı də­yi­şik­lik­lə­rə inan­maq olar.


XS
SM
MD
LG