Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:30

«Gələn ilin dövlət büdcəsi bu illə müqayisədə azı 50 faiz artıq olacaq»


Prezident 2005-2006-cı illərdə ölkədə 600-dən çox məktəbin tikildiyini deyir
Prezident 2005-2006-cı illərdə ölkədə 600-dən çox məktəbin tikildiyini deyir

«Gələn ilin dövlət büdcəsi bu illə müqayisədə azı 50 faiz artıq olacaq». Bunu sentyabrın 15-də prezident İlham Əliyev Sabunçu rayonunun Zabrat qəsəbəsində – 307 saylı orta məktəbin açılış mərasimində çıxış edərkən dedi. Onun sözlərinə görə, 2007-ci ilin büdcəsində təmirdən başqa, əlavə məktəblərin də tikintisi nəzərdə tutulur və qısa müddət ərzində təhsil sahəsinn maddi – texniki bazasının möhkəmləndirilməsi öz həllini tapacaq.


İlham Əliyev: «Amma bu, o demək deyil ki, təhsil sahəsində bütün problemlər öz həllini tapmış olacaq. Ən önəmli məsələ təhsilin maddi – texniki bazasının möhkəmləndirilməsi ilə bərabər onun keyfiyyətinin artırılmasıdır. Bu sahədə də böyük işlər görülür. Təhsil Nazirliyində bununla bağlı düşünülmüş proqram var».


Prezident əlavə edir ki, 2005-2006-cı illərdə ölkədə 600-dən çox məktəb tikilib və bu iş davam etdirilir. «2007-2008-ci illərə qədərsə Azərbaycanın bütün məktəblərində kompyuter sinifləri qurulmalı və məktəblilərin birbaşa internetə çıxışı təmin olunmalıdır. Bunu etməyə hər cür şərait var», - deyə ölkə başçısı vurğulayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG