Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:48

Bakıda birinci beynəlxalq rus kitabları festivalına start verilib


Sentyabrın 15-də Bakıda birinci beynəlxalq rus kitabları festivalına start verilib. Festivalın təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Mədəniyyət və Kinematoqrafiya üzrə Federal Agentliyi və «İTAR-TASS» İnformasiya Agentliyidir.
Tədbirdə iştirak etmək üçün 150 nəfərə yaxın yazıçı, şair, naşir, publisist və dövlət xadimlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib. Onların arasında Çingiz Aytmatov, Oljas Süleymanov, Veronika Dolina, Eduard Uspenski və başqaları da var. İki gün davam edəcək festival çərçivəsində dəyirmi masalar, kitab yarmarkaları, yeni nəşrlərin təqdimatı, oxucu auditoriyasının ədəbiyyatçılarla görüşü, o cümlədən, rus poeziya axşamı, incəsənət ustalarının konserti, Bakı Slavyan Universitetinin tələbə-müəllim heyəti ilə görüş keçiriləcək. Qonaqlar Quba, Xaçmaz, Şamaxı rayonlarına da gedəcəklər. Rusiyadan gətirilmiş 15 mindən çox kitab festival başa çatandan sonra Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara hədiyyə veriləcək.



XS
SM
MD
LG