Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:05

Nazirlər Nyu-Yorkda görüşəcəklər


Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri sentyabrın 25 və ya 26-da BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən toplantısı zamanı görüşəcəklər. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcəklər. Bu haqda razılıq sentyabrın 13-də Xarici İşlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşündə əldə olunub.


Azərbaycan XİN-in rəsmisi Tahir Tağızadəyə görə, London danışıqları mürəkkəb keçsə də, müsbət qiymətləndirilməlidir: «Məqsəd danışıqlar prosesini bir addım da irəli aparmaqdır. Müzakirələr isə indiyədək danışıqlarda səslənmiş təkliflər ətrafında gedib».


Həmsədrlər sentyabrın 12-də Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyanla Parisdə, sentyabrın 13-də isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Londonda görüşüblər. Nazirlər sonuncu dəfə bu il iyunun 13-də Parisdə görüşmüşdülər.


XS
SM
MD
LG