Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

«Rüsvayçılıq» və ya «çox pis zarafat»


YUNESKO-nun İslam Kərimova medal verməsi insan haqlarını müdafiə təşkilatlarını təəccübləndirib

YUNESKO-nun İslam Kərimova medal verməsi insan haqlarını müdafiə təşkilatlarını təəccübləndirib

Aparıcı insan haqları təşkilatları YUNESKO-nun Özbəkistan prezidentinə medal verməsinə etiraz edirlər.


YUNESKO-nun baş katibi Koyçiro Matsuura sentyabrın 10-da Daşkəndə səfəri zamanı prezident İslam Kərimovu «Borobudur» medalı ilə təltif edib.


YUNESKO-nun qərarına qarşı çıxan kampaniyaya «Freedom House» və «Human Rigths Watch» kimi insan haqlarını müdafiə təşkilatları başçılıq edirlər. «Human Rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Veronika Zente Goldston «Azadlıq» radiosuna deyib ki, YUNESKO-nun bu qərarı onun təşkilatını çox təəccübləndirib: «Biz bunu rüsvayçılıq hesab edirik. Bu haqda elanı ilk dəfə oxuyanda bunun çox pis bir zarafat olduğunu düşündük». Digər insan haqları təşkilatı olan «Freedom House» da YUNESKO-nun bu qərarını pisləyib.


1983-cü ildə YUNESKO bu medalı İndoneziyada bu təşkilat tərəfindən bərpa edilən məşhur buddist məbədinin şərəfinə təqdim edib. Eramızın VIII-IX əsrlərinə aid olan bu məbədin bərpası 1970-ci illərdə aparılıb. Qızıl, gümüş və bürüncdən hazırlana «Borobudur» medalı əsasən mədəniyyət sahəsində göstərilən xidmətlərə görə təltif verilir


1991-ci ildən müstəqil dövlət olan Özbəkistan Sovet dövründə baxımsız qalmış mədəniyyət abidələrinin bərpası işlərinə böyük diqqət ayırıb. Ən çox nəzərə çarpan da Səmərqənddə Teymurləngin məzarının yerləşdiyi «Guri Əmir» binasının bərpası işləri olub.


«Human Rigts Watch» və «Freedom House» təşkilatlarına görə İslam Kərimovun yalnız mədəniyyət abidələrini qorunması sahəsində gördüyü iş onun hansısa mükafatla təltif olunmasına əsas vermir. «Human Rights Watch»un əməkdaşı Zente Goldstonun sözlərinə görə YUNESKO öz siyasətini beynəlxalq ictimaiyyətin tələbinə uyğunlaşdırmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG