Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

«İstəyirik ki, Sahil Kərimli öz iddiasını geri götürsün»


2003-cü ilin oktyabrında iğtişaşlar törətməkdə ittiham olunanların əksəriyyəti əfv olunub

2003-cü ilin oktyabrında iğtişaşlar törətməkdə ittiham olunanların əksəriyyəti əfv olunub

2003-cü il prezident seçkiləri zamanı Müsavat partiyasının qərargahında çəkiliş aparan «Lider» televiziyasının əməkdaşı Sahil Kərimlini döyməkdə ittiham olunan Mehdi Mehdiyev hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Bu haqda «Azadlıq» radiosuna onun qardaşı Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, heç bir günahı olmayan qardaşı üç ildir qaçaq həyatı yaşamaqdan bezib və son anda belə bir addım atmaq qərarına gəlib: «Əslində, onun günahı yoxdur. Kadrda da görünür ki, Mehdi jurnalisti döyməyib. İstintaq obyektiv aparılsa, o buraxılmalıdır».


Mehdi Mehdiyevin təslim olmasını Nizami rayon polis idarəsindən də təsdiqləyiblər və onun haqqında həbs qətimkan tədbiri seçildiyi bildirilir. O, küçə xuliqanlığı ilə yanaşı kütləvi iğtişaşlarda da ittiham olunur.


Hüquq müdafiəçisi Çingiz Qənizadə isə Müsavat partiyasının Məclis üzvü Mehdi Mehdiyevin digər müsavatçı Mehdi Xəlilovla səhv salındığını bildirir. Onun sözlərinə görə, 2003-cü il oktyabrın 15-də jurnalist Sahil Kərimlini Mehdi Xəlilov döyüb. Hazırda o Yunanıstanda mühacirətdədir və Afina onu Azərbaycana verməkdən imtina edib.


Cənab Qənizadə bildirir ki, bu işi hüquq müdafiəçiləri və hökumətin siyasi məhbuslarla bağlı birgə işçi qrupunun müzakirəsinə çıxaracaqlar: «Biz istəyirik ki, Sahil Kərimli öz iddiasını geri götürsün».


2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra kütləvi iğtişaşlar törətməkdə ittiham olunanların əksəriyyəti əfv olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG