Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

İlk payız yağışının gətirdiyi problemlər


Yağmurlu və qeyri-sabit hava şəraiti hələ bir həftə davam edəcək
Yağmurlu və qeyri-sabit hava şəraiti hələ bir həftə davam edəcək

Sentyabrın 12-i günün ikinci yarısından başlayaraq yağan bu ilin ilk yağışı paytaxt Bakıda həmişə olduğu kimi müxtəlif problemlərlə müşayiət olundu. Hətta şəhərin bəzi yerlərində qısa müddətli çörək növbələri də yarandı. Təxminən saat 17-18 radələrində yaranan növbəni çörəkbişirmə yerlərində qazın zəifləməsilə əlaqələndirirlər. Taksi sürücüsü Vaqif Balayev deyir ki, səhər onun xidmətlərindən istifadə edən müştərini mənzil başına 25 dəqiqə gec çatdırıb və elə bu səbəbdən də həmin müştərilə aralarında mübahisə düşüb. Amma müştərinin nə deməsindən asılı olmayaraq o özünü günahkar hesab etmir: «Hələ qış deyil, qışda bundan da pis olacaq». Söhbətləşdiyim digər bir taksi sürücüsü Mətləb Ələsgərov isə deyir şəhərin əksər yerlərilə birtəhər hərəkət etsə də yağışdan sonra ən çox problemlə Binəqədi rayonunda üzləşib.


Bakılılar hər dəfə yağış yağandan sonra küçələrdə əmələ gələn gölməçələri görməyə adət etdiklərindən təəccüblənmirlər. Şəhər sakini Vüqar Vəliyev deyir ki, təəccüblənməyə dəyməz çünki, «belə olub, bundan sonra da belə olacaq».


Problemlərdən gileylənənlər çox olsa da yağışın gətirdiyi sərinlikdən, təmizlikdən zövq alanlar da var. Əslən Şuşadan olan Gülxar Əzizova kimi: «Şuşa yadıma düşür, elə bil onun sərin havası Bakıya gəlib».


Bakı şəhər İcra Hakimiyyəti Kanalizasiya İdarəsindən verilən məlumata görə, paytaxta ən ciddi problem Dərnəgül şosesində və Hüsü Hacıyev və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində olub. Günün birinci yarısında yalnız Dərnəgül yolundakı problem aradan qaldırılıb.


Bakının Baş Planının müəlliflərindən biri Feyzulla Quliyev isə hesab edir ki, qısamüddətli yağışdan sonra paytaxtda yaranan problemlər şəhərsalmaya düzgün əməl olunmaması, yolların düzgün çəkilməməsi və vaxtilə yol kənarında olan su süzgəclərinin tamamilə sıradan çıxmasıyla bağlıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG