Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:21

Sentyabrın 17-də texnikumlara qəbulun ikinci mərhələsi keçiriləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 17-də 2006-2007-ci tədris ili üçün orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə tələbə qəbulunun ikinci mərhələsini keçirəcək.


Qəbulun ikinci mərhələsində boş qalan 1080 plan yerinə 2664 ərizə verilib.


TQDK-nın abituriyentlərin hazırlığı kursunun rəhbəri Teymur Mustafayev «Azadlıq» radiosuna bildirib ki, bir məhbus yeniyetmə də imtahan verəcək. Bundan əvvəl - 9-cu sinif bazasından texnikumlara qəbul zamanı 7 yeniyetmə məhbus qəbul imtahanında iştirak etmişdi. Onlardan 6 nəfəri texnikumlara qəbul olunmuşdu.



XS
SM
MD
LG