Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:34

Dünyada islamı qəbul edənlərin sayı sürətlə artır


İslamı qəbul edənlərin yalnız kiçik qrupu dinin radikal qanadına üz tutur
İslamı qəbul edənlərin yalnız kiçik qrupu dinin radikal qanadına üz tutur

Müsəlmanların sayı Amerikada və Avropada sürətlə artmaqdadır. Bu da ilk növbədə həmin ölkələrə miqrantların axını, müsəlmanlar arasında yüksək doğum səviyyəsi və islama keçmə ilə bağlıdır.


Amerika-İslam Münasibətləri Şurasının məlumatına görə, hər il 20 minə yaxın amerikalı islamı qəbul edir. Amerika müsəlmanları arasında ən böyük və sürətlə artan etnik qrup


Afrika mənşəli amerikalılarıdır. Onların sayı 1,3 milyonla 2 milyon arasındadır. Avropa ölkələrində isə hər il bir neçə min adam islama keçir və onların yalnız kiçik qrupu islamın radikal qanadına üz tutur və çox cüzi bir hissəsi zorakılığa cəlb olunur.


Fransada 100 minə yaxın adam islama keçib. Almaniyada da son bir neçə ildə islama keçənlərin sayı dramatik şəkildə artıb. Britaniyada 1,6 milyon müsəlmanın yaşadığı bildirilir. Statistikaya görə ABŞ-da hər il 20 minə yaxın amerikalı islamı qəbul edir
İslama keçən bəzi avropalıların terror aktlarında iştirakı belə fərziyyələr yaradıb ki, bu adamlar təhlükəsizlik üçün böyük risk mənbəyidirlər. Onlar arasında Cömeyn Lindseyin adını çəkmək olar, o, 2005-ci ilin iyul ayında Londonda törədilən partlayışlarda iştirak edən dörd Britaniya vətəndaşlarından biridir. Bu siyahını genişləndirmək də olar - Mürey Dequ 2005-ci ildə İraqda intihar etməklə partlayış törədib və ya ayaqqabısına bomba qoyan Riçard Reyd.


İslama keçənlərin sayı ilə bağlı Avropa ölkələri üzrə də bəzi rəqəmlər var. Fransada 5,5 milyon müsəlman yaşayır. «Oliver Roy» Milli Elmi Tədqiqatlar Mərkəzinin məlumatına görə, Fransada 100 minə yaxın adam islama keçib. Almaniyada da son bir neçə ildə islama keçənlərin sayı dramatik şəkildə artıb. Adətən bu ölkədə ildə 300 nəfər islama keçirdi, 2005-də isə belələrinin sayı 1000 nəfərdən çox olub. Britaniyada rəsmi statistikaya görə, 1,6 milyon müsəlman yaşayır. Amma neçə nəfərin islama keçməsi barədə rəsmi məlumat yoxdur. Leysterşirdəki İslam Mərkəzinin tədqiqatçısı Yahya Bört deyir ki, belələrinin sayı 14 mindən çoxdur. Britaniyada islam dinini qəbul edənlər arasında tanınmış adamlar var. Börtün özü BBC-nin keçmiş baş direktoru Con Börtün oğludur. İvon Ridley isə «Sunday Express» qəzetinin keçmiş müxbiridir, 2001-də Əfqanıstanda Talibançılar onu girov götürəndən sonra, o islamı öyrənməyə başlayıb.


Bu gün Rusiyada 15 milyonla 20 milyon arasında müsəlman yaşayır. Amma bu ölkədə islamı qəbul edən rusların sayı azdır. Rus Pravoslav kilsəsinin məlumatına görə, islama 2000-2500-ə yaxın rusiyalı keçib, bu da əsasən qarışıq nikahlar nəticəsində dünyaya gəlmiş şəxslərdir.


Azərbaycanda qeyri-müsəlman millətlərin nümayəndələrinin islama keçməsinə gəldikdə, Dini İşlər Üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov deyir ki, belə hallar var, amma nə Dövlət Komitəsi, nə də Qafqaz Müsəlmanları İdarəsi onların statistikasını aparmır. Azərbaycanda islama keçənlər əsasən respublikada yaşayan ruslar və ukraynalılardır. Elçin Əsgərov: «Bu yaxınlarda təkcə Buzovna qəsəbəsində 29 nəfər islama keçib. İslamı qəbul edənlər arasında keçmiş məşhur idmançılar da var».


Elçin Əsgərov deyir ki, respublikada əks meyl də var, yəni dinini dəyişən azərbaycanlılar da rast gəlmək olur. Onlar adətən pravoslav xristianlığı, ya da krişnalılığı qəbul eldirlər. Amma onların sayı barədə də dəqiq məlumat yoxdur. Cənab Əsgərovun dediyinə görə, dini icmalar çox vaxt üzvlərinin sayını süni olaraq artırırlar.


XS
SM
MD
LG