Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

«Yeni Müsavat»: «İlham Əliyev qapalı müşavirə keçirəcək»


«Ayna» qəzetindəki «Türkiyə şirkəti Ermənistanda açıq fəaliyyətə başladı» başlıqlı məqalədə bildirlir ki, Türkiyənin iş adamları artıq açıq şəkildə Ermənistanla ticarət əlaqələrini genişləndirir. İki gün öncə mərkəzi ofisi Antalyada yerləşən «Crispino» geyim şirkəti Yerevanda iki şöbəsinin təntənəli açılışını keçirib. Bu məlumatı «Ayna»nın əməkdaşı ilə söhbətində adının çəkilməsini istəməyən türk iş adamı deyib. Onun sözlərinə görə, sözügedən şöbələrdə yüzlərlə erməni işlə təmin olunub. «Ermənistanda nümayəndəliyin açılması Türkiyənin Azərbaycanla əlaqələrinə ciddi zərbə ola bilər», - deyə türk iş adamı bildirib. Müəllifin fikrincə, «Crispino» ilə bağlı fakt artıq Türkiyə və Ermənistan arasında açıq ticarət münasibətlərinin təməli kimi qiymətləndirilə bilər. Bununla da Türkiyə şirkətinin Yerevanda istehsal edəcəyi geyimlərin Azərbaycanın işğal edilmiş ərazilərinə göndərilməsi faktı da istisna deyil.


«Şərq» qəzetinin əməkdaşı yazır ki, Kons­ti­tu­si­ya­ya gö­rə, 1995-ci il­də Azər­bay­canın pay­tax­tı elan olun­ma­sı­na bax­ma­ya­raq hə­lə­lik Ba­kı­nın şə­hər sta­tu­su­nu təs­diq­lə­yən qa­nun qə­bul olun­ma­yıb. Bəl­kə də ic­ti­ma­iy­yə­ti na­ra­hat edən Ba­kı­nın çox­say­lı prob­lem­lə­ri də elə bu sta­tu­sun ol­ma­ma­sın­dan qay­naq­la­nır. Hər hal­da mü­tə­xəs­sis­lər də bu fi­kir­də­dir. Sa­biq mil­lət və­ki­li Cüm­şüd Nu­ri­ye­və gö­rə, Ba­kı şə­hə­rin­də 12 bə­lə­diy­yə fəa­liy­yət gös­tər­di­yi təq­dir­də, şə­hər sta­tu­su­nun ve­ril­mə­mə­si anor­mal­lıq­dır. «Kons­ti­tu­si­ya qə­bul olu­nan­dan 3-cü Mil­li Məc­lis se­çi­lib. Am­ma özü­nü mil­lət və­ki­li sa­yan­lar bu gü­nə qə­dər bu mə­sə­lə ilə ma­raq­lan­ma­yıb­lar», - de­yən mil­lət və­ki­li he­sab edir ki, bu, əs­lin­də qa­nun­la­rın Ba­kı şə­hə­ri sə­viy­yə­sin­də iş­lə­mə­mə­si de­mək­dir.


«Yeni Müsavat» qəzetindəki «İlham Əliyev qapalı müşavirə keçirəcək» başlıqlı məqalədə müəllif yazır ki, Daxili İşlər naziri Ramil Usubovun məzuniyyətdə olduğu 10 gündən artıq müddətdə hakimiyyətdaxili qruplaşmalar arasında xeyli vaxtdan bəri gedən savaşda sanki «atəşkəs» elan olunmuşdu. Ekspertlərin fikrincə, cənab Usubovun məzuniyyətdən qayıtması ilə bu savaş yenidən alovlanacaq və qarşılıqlı ittihamlar daha kəskin xarakter alacaq. Müəllif adını açıqlamadığı mənbəyə istinadən bildirir ki, artıq daxili çəkişmələr son həddə çatdığından İlham Əliyev bu məsələlərə reaksiya vermək məcburiyyətində qalıb. Məlumata görə, prezident hakimiyyət daxilində savaş aparan qrupların rəhbərlərinə sərt üzünü göstərəcək. Mənbənin bildirdiyinə görə, bu məqsədlə yaxın günlərdə İlham Əliyev hakimiyyətdaxili qruplaşmaların rəhbərləri və güc strukturlarının başında dayananların iştirakı ilə qapalı müşavirə keçirəcək.


«Yeni Azərbaycan» qəzetindəki «OPEK Azərbaycan neftinin ixracının artmasından narahatdır» başlıqlı məqalədə bildirilir ki, Neft İxracatçıları Təşkilatı (OPEK) dünya neft bazarında qiymətlərin tənzimlənməsi və bazarda sabitliyin qorunub saxlanmasını bundan sonrakı fəaliyyətinin əsas prinsipləri kimi diqqətdən qaçırmayacaq. Təşkilatın prezidenti, Nigeriyanın Dövlət Neft və Yanacaq naziri Edmund Dakor OPEK-in dünən Vyanada keçirilən 142-ci iclasında bildirib ki, son 2 ayda, yəni 141-ci iclasdan indiyə kimi dünya neft bazarında qiymətlər silsiləsi əvvəlki aylarla müqayisədə bir qədər də yüksəlib. Müəllif iddia edir ki, OPEK Azərbaycanın neft ehtiyatlarının dünya bazarına ixracının çoxalmasından da narahatçılıq keçirməyə başlayıb. Xarici dövlətlərin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda göstərilir ki, 2007-ci ildə Azərbaycanda neft hasilatının yüksək səviyyəyə çatması dünya neft bazarında qiymətlərə müəyyən təsir göstərə bilər. Məhz bu amil OPEK-i düşündürməyə başlayıb.


XS
SM
MD
LG