Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

Qərb bölgəsində vətəndaşlara «ailə həkimi» xidmət göstərəcək


Azərbaycanın Qərb bölgəsində ilk dəfə olaraq «ailə həkimi» üsulunun tətbiqinə başlanıb. Ailənin və icmanın sağlamlığının qorunmasına yönəlmiş bu layihə çərçivəsində sakinlərə ilkin tibbi xidmət müasir standartlara uyğun aparılacaq. Amerika Beynəlxalq Səhiyyə Təşkilatının «Səhiyyədə əməkdaşlıq» layihəsinin Gəncə üzrə koordinatoru Zikrət Hüsenyovun bildirdiyinə görə, Gəncənin 6 saylı poliklinikası artıq həmin tələblərlə işləməyə tam hazırdır. Poliklinikanın tibbi heyəti də yeni qaydalarla işləyəcək.


«Ailə həkimi» statusu alan altı həkim bu metodun Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən poliklinikalarda yayılması üçün kurslar təşkil edəcəklər.


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən bu layihə çərçivəsində tibbi mərkəzə 40 min dollara qədər mebel və tibbi avadanlıq alınıb. Mərkəzdə xidmət pulsuzdur.


XS
SM
MD
LG