Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

Təki dəyişiklik olsun…


Bakıətrafı kəndlərin sakinləri deyirlər ki, «təki dəyişiklik olsun»
Bakıətrafı kəndlərin sakinləri deyirlər ki, «təki dəyişiklik olsun»

Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı fikir ilk dəfə 2005-ci ildə səslənib. Həmin vaxt-yəni noyabr aynın 3-də prezident İlham Əliyev ilin yekunlarına dair hökumətin hesabatını qiymətləndirərkən deyib ki, «Bakı kəndlərində mövcud olan sosial-iqtisadi problemlər rayonlarda mövcud olan problemlərdən heç nə ilə fərqlənmir, bəlkə daha da çətindir».


Prezidentin həmin çıxışından sonra bu istiqamətdə hansısa addımların atılacağı gözlənilən idi. Nəhayət 2006-cı il fevralın 27-də İlham Əliyev «Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı»nı təsdiqlədi. Dövlət başçısı bu məsələ ilə bağlı keçirdiyi müşavirədə qəbul olunmuş proqramın Bakıda və ətraf qəsəbələrdə böyük irəliləyişə səbəb olacağını bildirdi. Keçən 6 ay ərzində prezident bu proqramın necə yerinə yetirilməsini yoxlamaq məqsədilə artıq Bakının Binə, Türkan, Zirə və s. qəsəbələrində olub. Xəstəxana, orta məktəb, müxtəlif müəssisələrin və obyektlərin təmir, təməlqoyma və ya açılış mərasimində iştirak edib. Sentyabrın 12-də İlham Əliyevin Bakıdan 30 km. aralı olan Abşeron rayonuna baş çəkməsi də bu cür addımlardan idi. Xırdalan qəsəbəsində əhali qarşısında çıxış edən prezident dedi ki, Abşeron rayonunun inkişafı-yeni yolların və kommunikasiya xətlərinin təmiri və tikintisi üçün əlavə vəsait ayrılacaq.


Dövlət başçısı Xırdalan qəsəbəsində fəaliyyət göstərən «Tam» Qida Sənaye LTD müəssisəsinə də baş çəkdi. Əsasən şirniyyat məhsulları istehsal edən, 500 işçisi olan müəssisədə işlərin necə getdiyini yoxladı. Qəsəbədə həmçinin 1250 şagirdlik yeni məktəb binasının təməli də qoyuldu. Onu da deyim ki, söhbət etdiyimiz qəsəbə sakinlərinin əksəriyyəti bütün bunları və ümumiyyətlə Bakı ətrafı kəndlərdə görülən işləri razılıqla qarşıladıqlarını deyirdilər.


Bəzi qəsəbə sakinləri isə bir çox problemlərin olduğunu da bildirirlər. Məlum oldu ki, Bakı ətrafı qəsəbələrin əksəriyyətində qaz yoxdur, su problemi ciddidir. Bunun bir səbəbi də son vaxtlar paytaxtın kənarına köçənlərin sayının xeyli artmasıdır. Yolların keyfiyyətsiz çəkildiyini deyənlər də oldu.


Bakı Dirçəliş İctimai Birliyinin sədri Abbasağa Məmmədli də prezidentin bu istiqamətdə fəaliyyətini alqışlayır. Ancaq o deyir ki, yerlərdəki məmurlar özbaşınalıq edir, nəzərdə tutulan işləri lazımınca yerinə yetirmirlər. Kənd camaatının işlə təmin olunmaları üçün lazımi şərait yaradılmır.


Ancaq bəzən yeni iş yerləri ilə bağlı müəssisə rəhbərlərinin və ya yerli hakimiyyət nümayəndələrinin prezidentə verdiyi məlumatlarla gerçəklik o qədər də uyğun gəlmir. Hətta elə vaxtlar olub ki, İlham Əliyev əhali ilə söhbət edərkən özü bu faktı müəyyənləşdirib. Ancaq qəsəbələrin, kəndlərin görkəmində dəyişikliyin baş verməsi gerçəklikdir. Əhalinin təbirincə desək əsas odur ki, təki dəyişiklik olsun.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG