Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:22

Yaxın vaxtlarda minimum əməkhaqqı və təqaüdlər artırılacaq


Sentyabrın 12-də regionların inkişaf proqramı çərçivəsində həyata keçirilən işləri yerində yoxlamaq məqsədilə prezident İlham Əliyev Abşeron rayonunda olub. Dövlət başçısı rayonun mərkəzində - Xırdalan qəsəbəsində mərhum prezident Heydər Əliyevin abidəsinin və muzeyin açılışında, eləcə də 1250 şagird üçün nəzərdə tutulmuş yeni məktəb binasının təməlqoyma mərasimində iştirak edib. Rayon sakinləri qarşısında çıxış edən İlham Əliyev deyib ki, «Abşeronun inkişafı üçün əlavə xərclər ayrılacaq. Ölkədə minimum əməkhaqqının və təqaüdlərin artırılması üçün də əməli işlər görülür». Səfər zamanı prezident 500-dək işçisi olan «Tam» Qida Sənaye LTD müəssisəsinə də baş çəkib.


XS
SM
MD
LG