Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:19

«Dalğa» tələbələrə «Rüşvətə yox!» açıqcaları paylayacaq


Yeni dərs ilinin başlandığı gün - sentyabrın 15-də «Dalğa» Gənclər Təşkilatı ali məktəblərin qarşısında tələbələrə üzərində «Rüşvətə yox!» yazılmış açıqcalar paylayacaq. Bununla da təşkilat 2006-2007-ci dərs ili üçün «Rüşvətsiz təhsil!» kampaniyasının növbəti mərhələsinə başlayacaq.


Təşkilat üzvləri sentyabrın 12-də keçirdikləri mətbuat konfransında bildirdilər ki, onlar yeni dərs ilindən təhsildə rüşvətin qarşısını almaq məqsədilə təkcə ali məktəblərdə yox, orta məktəblərdə də kampaniyaya başlayacaqlar.


«Dalğa» Gənclər Təşkilatı 2005-2006-cı tədris ilində də eyniadlı kampaniya keçirmişdi. Ayrı-ayrı universitetlərdə rüşvət hallarının olması və rüşvət alan müəllimlərin adlarını Təhsil və Milli Təhlükəsizlik nazirliklərinə göndərmişdi.



XS
SM
MD
LG