Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

«Gündəlik Azərbaycan»: «Qarabağ əlilinin ölüm hekayəsi»


«BMT-nin son sə­nə­di­nin Azər­bay­ca­na heç bir fay­da­sı ol­ma­ya­caq. Ar­tıq sü­büt olu­nub ki, mü­na­qi­şə­ni öz in­hi­sa­rı­na al­mış və tə­ca­vüz­ka­rı mü­da­fiə edən qüv­və­lər Azər­bay­ca­nın mə­na­fe­yi­ni nə­zə­rə al­mır­lar». Politoloq Zərdüşt Əlizadə «525-ci qəzet»in əməkdaşı ilə söhbətində belə deyib. Onun fikrincə, BMT-nin Baş As­samb­le­ya­sının Azər­bay­can əra­zi­lə­ri­nin yan­dı­rıl­ma­sı ilə bağ­lı bugünlərdə qəbul etdiyi qət­na­mə Lis­sa­bon sam­mi­tin­də qə­bul olun­muş sə­nə­din tə­zə for­ma­sı­dır. Son gün­lər Azər­bay­ca­nın QHT təm­sil­çi­lə­ri­nin və jur­na­list­lə­rin Er­mə­nis­ta­na sə­fər­lə­ri ilə bağ­lı mə­sə­ləyə də münasibət bildirən politoloq qeyd edib ki, hazırda Dağ­lıq Qa­ra­ba­ğ münaqişəsinin dinc və ya hərb yo­lu ilə həl­li is­ti­qa­mə­tin­də hö­ku­mə­tin fəa­liy­yə­ti nə­zə­rə çarp­mır. Be­lə bir şə­ra­it­də və­tə­nə bi­ga­nə ol­ma­yan in­san­lar ça­lı­şır­lar ki, problemi xa­ric­dən ida­rə olu­nan qüv­və­lə­rin in­hi­sa­rın­dan çı­xar­sın­lar və münaqişənin zi­yan­lı tə­rəf­lə­ri­ni er­mə­ni və Azər­bay­can xalq­la­rı­na izah et­sin­lər. Zərdüşt Əlizadəyə görə, bu məq­səd­lə də on­lar gö­rü­şür­lər, mü­za­ki­rə­lər apa­rır­lar.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı yazır ki, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevə qarşı irəli sürülən həm iqtisadi, həm də siyasi ittihamların heç biri təsdiqini tapmır. Əksinə beynəlxalq dairələrdə sabiq nazirlərin, xüsusilə də Fərhad Əliyevin siyasi motivlərlə həbsə alındığı haqda qəti rəy formalaşmaqdadır. Bir qədər əvvəl Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bəyanatla çıxış edərək, cənab Əliyevin siyasi məhbus sayıla biləcəyini vurğuladı. O, eks nazirlərin siyasi motivlərlə həbsə alındığını birmənalı şəkildə bəyan etdi. Bugünlərdə isə vəkil və insan haqlarının müdafiəçisi Lord Laster də bəyan edib ki, Fərhad və Rafiq Əliyev qardaşları siyasi məhbusdurlar. O, Əliyev qardaşlarının qanunsuz olaraq həbsə alındığını, onlarla həbsxanada qeyri-insani rəftar edilməsinin səbəbinin siyasi olduğunu bildirib. Məhz buna görə də, Britaniyadan olan vəkil məsələnin Avropa İnsan Haqları Məhkəməsinə çıxarılmasını yeganə düzgün addım sayır.


«Parlamentin növbəti sessiyasında «Teatr haqqında» qanun qəbul edəcəyik. Bu qanun artıq birinci oxunuşdan keçib və ikinci oxunuşdadır. Bundan əlavə, digər məsələlər barədə də fikirləşirik ki, onlardan ən mühümü «Şou-biznes haqqında» qanundur». Bu açıqlamanı «Xalq Cəbhəsi» qəzetinə Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasının sədri Nizami Cəfərov verib. Komissiya sədrinin sözlərinə görə, «Şou-biznes haqqında» qanunun payız sessiyasında qəbul olunması istisna deyil: «Təkcə bu dəqiqdir ki, həmin qanunun payız sessiyası zamanı hazırlanması yekunlaşacaq. Sözügedən sənəd ən azı Mədəniyyət Məsələləri Daimi Komissiyasının müzakirəsindən keçəcək. Hazırda biz bununla bağlı araşdırmalar aparırıq», - deyən Nizami Cəfərov hazırda Azərbaycan şou-biznesilə bağlı xeyli problemlərin mövcudluğunu vurğulayıb. Komissiya sədrinin fikrincə, birinci növbədə şou-biznesdə müəyyən məhdudiyyətlərin tətbiqinə ehtiyac var.


«Gündəlik Azərbaycan» qəzetindəki «Qarabağ əlilinin ölüm hekayəsi» başlıqlı məqalədə bu il iyulun 25-də Mingəçevir Şəhər Polis Şöbəsində II qrup Qarabağ əlili, 39 yaşlı Kəlbəcər köçkünü Rasim Əlişovun döyülüb qətlə yetirilməsi ilə bağlı şəhər prokurorluğunun adının çəkilməsini istəməyən əməkdaşlarından birinin açıqladığı faktlar öz əksini tapıb. Mingəçevir prokurorluğunun əməkdaşının sözlərinə görə, Qarabağ əlili çox dəhşətli əzazilliklə qətlə yetirilib. Belə ki, oğurluqda şübhəli bilinən R.Əlişov iyulun 24-də şöbəyə gətirilib. Burada onu əvvəlcə Cinayət-Axtarış Bölməsinin əməkdaşları vəhşicəsinə döyüblər. Prosesə isə bölmənin içkili vəziyyətdə olan sabiq rəisi İ.Abbasov rəhbərlik edib. Bildirildiyinə görə, məhz onun otağında «dubinka» ilə yazılması mümkün olmayan işgəncələr verilirmiş. Bu vəhşilik nəticəsində al-qana boyanan R.Əlişova huşunu itirməmək üçün bir qurtum su da vermirmişlər.


«Mərkəz» qəzetindəki «Ticarət Departamentinin rüşvət mənbəyi» başlıqlı məqalədə bildirilir ki, müvafiq qaydalara görə, tütün məmulatlarının, alkoqollu içkilərin istehsalını və satışını həyata keçirən sahibkarların lisenziya alması mütləqdir. Bakı Şəhər Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, adları çəkilən istehsal və satış subyektlərindən lisenziyanın müqabilində 243 manat pul alınır. Departamentin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əlabbas Bağırovun sözlərinə görə, lisenziya alan sahibkarlar əlavə olaraq 20 manat mühasibatlığa, 4 manat isə sənədin laminasiya olunmasına ödəyirlər. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov isə müəlliflə söhbətində bildirib ki, alkoqollu içkilərin və tütün məmulatlarının satışına nəzarət olunmadığından lisenziyası olan da, olmayan da bu işlə məşğul olur.


XS
SM
MD
LG