Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:16

«Terrora qarşı mübarizədə Azərbaycan ən sadiq müttəfiqlərdən biridir»


«Terrora qarşı mübarizədə Azərbaycan ən sadiq müttəfiqlərdən biridir». Bunu sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində keçirilən tədbirdə - 2001-ci il 11 sentyabr hadisələri qurbanlarının anma mərasimində bu ölkənin Azərbaycandakı səfiri En Dörsi deyib: «Bu qlobal mübarizədə Azərbaycan ən sadiq müttəfiqlərdən biridir. Biz xüsusilə Əfqanıstanda və İraqda göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirik».


Xanım Dörsi əlavə edib ki, 11 sentyabr hadisələri dinlər arasında qarşıdurma yaratmadı. Əksinə bütün dinləri ona qarşı mübarizə işində bir araya gətirdi. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəhbərləri, eləcə də ölkədəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.


XS
SM
MD
LG