Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:48

Ramil Usubovdan «Yeni Müsavat»çıların təhlükəsizliyinə təminat verməsi xahiş edilir


Sentyabrın 11-də Mətbuat Şurasının sədri Əflatun Amaşov «Yeni Müsavat» qəzetinin iki əməkdaşının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Cənab Amaşovun müraciətində bildirilir ki, sentyabrın 10-da qəzetin redaktoru Mustafa Hacıbəylinin mobil telefonuna naməlum nömrədən zəng gəlib və o, hədələnib. Digər əməkdaş Səbuhi Məmmədli isə işdən çıxarkən iki şəxs onu izləməyə başlayıb. Daxili İşlər Nazirliyindən bildirirlər ki, müraciət onlara daxil olub, faktla bağlı araşdırma aparılacaq.


«Yeni Müsavat» qəzetinin redaktoru Mustafa Hacıbəyli özü isə telefonuna gəlmiş zəngin sahibini müəyyənləşdirmək üçün «Azərcell»ə və hadisəylə bağlı cinayət işinin qaldırılması xahişilə Binəqədi Rayon Prokurorluğuna müraciət edib: «Mənə dedilər ki, cızığından çıxma axırın pis olacaq. Burda açıq-aşkar hədə-qorxu var. Yəqin ki, yazılarda tənqidi məqamların azaldılmasını istəyirlər».


Bir neçə ay əvvəl «Bizim Yol» qəzetinin redaktoru Bahəddin Həziyev və «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynli naməlum şəxslər tərəfindən oğurlanaraq fiziki təzyiqə məruz qalmışdılar. Bahəddin Həziyev ailəsinin təhlükəsizliyinin təmin olunması üçün hüquq-mühafizə orqanlarının başçılarına müraciət etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG