Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Sahibkarlığa Yardım Fondu 1300-dən çox layihəyə 65 milyon yeni manat ayırıb


Bu ilin əvvəlindən sentyabr ayına qədər Sahibkarlığa Yardım Milli Fondu 1300-dən çox layihəyə 65 milyon yeni manat ayırıb. Layihələr Azərbaycanın 57 rayon və şəhərində gerçəkləşdirilir. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, ilin sonuna qədər daha 15 milyon manatlıq layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Artıq maliyyələşən hər 100 layihədən 85-i rayonları əhatə edir. Bu layihələrin həyata keçirilməsindən sonra Azərbaycanda 13 min yeni iş yerinin açılacağı deyilir.


XS
SM
MD
LG