Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:02

Xanların Dozular kəndində torpaq sürüşməsi davam edir


Avqustun 23-də Xanlar rayonunun Dozular kəndində baş vermiş torpaq sürüşməsi hələ də davam edir. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Xanlar Rayon İcra Hakimiyyəti başçısının müavini Xəzər Aslanovun sözlərinə görə, hələlik təbii fəlakətin vurduğu ziyan hesablanmasa da, torpaq sürüşməsi nəticəsində evlərini itirmiş kənd sakinləri üçün yaşayış mənzillərinin tikilməsi qərara alınıb.


Dozular və daha iki kəndi birləşdirən Çaylı inzibati ərazi idarəsinin rəhbəri Müşfiq Səmədov isə bildirir ki, sürüşmə zolağında yerləşən 42 evin sakini köçürülüb. Onlar üçün kənddə çadır düşərgəsi yaradılsa da, camaat yaxınlarının evlərinə sığınıb. Hazırda kəndin 15 hektar ərazisi sürüşmə zonası sayılır. Cənab Səmədov deyir ki, təhlükəli zonaya sakinlərin və ya mal-qaranın keçə bilməməsi üçün hərbi post yaradılıb.


Ekspertlər torpaq sürüşməsinə kənddən keçən suvarma kanalının səbəb olduğu qənaətinə gəliblər. 15-20 il öncə kanal bir neçə yerdən deşilib və bu illər ərzində axan su torpağı yuyub.


Avqustun 23-də Xanlar rayonunun Dozular kəndində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 4 ev tamam uçub, 40-a yaxın ev isə yaşayış üçün təhlükəli həddə çatıb.


XS
SM
MD
LG