Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:29

Terrorizmə qarşı bütün ölkələr səylərini birləşdirməlidir


Konfrans sentyabrın 12-də Bakı bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşacaq
Konfrans sentyabrın 12-də Bakı bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşacaq

Terrorizmlə mübarizə aparmaq üçün bütün ölkələrin səyləri birləşdirilməlidir. Təkbaşına bu bəla ilə mübarizə aparmaq mümkün deyil. Sentyabrın 11-də Bakıda keçirilən İslam Konfransı Təşkilatı (İKT) ölkələri turizm nazirlərinin 5-ci konfransında çıxış edən prezident İlham Əliyev belə deyib. Onun sözlərinə görə, çoxsaylı terror aktlarına məruz qalmış və 2 mindən artıq vətəndaşı həlak olmuş Azərbaycan bu işdə öz töhfəsini verməyə hazırdır: «Bu gün sentyabrın 11-dir. 5 il bundan əvvəl ABŞ-da dəhşətli terror aktı baş vermişdi. Günahsız insanlar həlak olmuşdular. Biz onların xatirəsini bu gün bir daha yad edirik. İslam dünyası o dəhşətli terror aktını pisləmişdi. Bu gün bizim birgə səylərimiz həmçinin dünyada terrorizmə qarşı aparılan mübarizəyə xidmət göstərir».


İlham Əliyev həmçinin konfrans iştirakçılarına müraciət edərək deyib ki, Azərbaycanda turizm infrastrukturunun möhkəmlənməsinə çox böyük vəsaitlər qoyulacaq. O, İKT-yə üzv ölkələrin dövlət orqanlarını və şirkətlərini Azərbaycanın turizm imkanlarından bəhrələnməyə çağırıb.


İKT Turizm Nazirlərinin 5-ci Konfransı öz işinə sentyabrın 9-da ekspertlər səviyyəsində keçirilən plenar iclasla başlayıb. Tədbirdə 38 ölkənin təmsilçisi ilə yanaşı İKT baş katibi Ekmələddin İhsanoğlu və Ümumdünya Turizm Təşkilatının rəhbəri Françesko Franqiali də iştirak edirlər. Konfrans sentyabrın 12-də Bakı bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG