Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

«Qızıl minbər» Müsəlman Filmləri Festivalında Azərbaycanı Nicat Feyzullayevin «Küçələrə su səpmişəm» filmi təmsil edəcək


Sentyabrın 10-da Tatarıstanın paytaxtı Kazanda «Dini dözümlülük və siyasi nəzakət» devizi altında «Qızıl Minbər» 2-ci Beynəlxalq müsəlman kinosu festivalı başlayıb.


Bir həftə davam edəcək festivala 20-dən artıq ölkədən 70 film təqdim edilib. Festivalın konkurs proqramına isə 16 ölkədən 35 film daxildir.


Azərbaycandan bu festivala Nicat Feyzullayevin «Küçələrə su səpmişəm» filmi aparılıb.


Birinci «Qızıl Minbər» kinofestivalı da 2005-ci ilin sentyabrında Kazanda keçirilib. Həmin vaxt festivalın əsas mükafatını Oqtay Mirqasımovun çəkdiyi «Ovsunçu» filmi alıb.



XS
SM
MD
LG