Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:36

Sentyabrın 10-u İntiharla Mübarizə Günü kimi qeyd olunacaq


Dünya Səhiyyə Təşkilatı sentyabrın 10-nu İntiharla Mübarizə Günü elan edib.


Hər il yer üzündə milyondan çox adam canına qəsd edir. Bu isə il boyu qəsdən öldürülən və müharibədə həlak olanların ümumi sayından çoxdur. Ən çox intihar edənlər isə yaşı 35-dən aşağı olanlardır. Kişilər qadınlardan üç dəfə çox özlərinə qəsd edirlər, amma qadınlar arasında da intihara meyl artmaqdadır.


Keçmiş Sovet ölkələrində intihar faizi daha yüksəkdir. Siyahıya başçılıq edən Litvada hər 100 min nəfərdən 75 kişi və 11 qadın, Rusiyada 70 kişi və 12 qadın, Belarusda 63 kişi və 10 qadın intihar edir. Azərbaycanda bu rəqəm aşağıdır -- hər 100 min adamdan 1.2 kişi və 0.4 qadın.


XS
SM
MD
LG