Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

Fərhad Əliyevin vəkilləri istintaqa etiraz edirlər


İstintaqa etirazın əsas səbəbi Fərhad Əliyevin səhhəti ilə bağlı narahatedici məlumatlardır
İstintaqa etirazın əsas səbəbi Fərhad Əliyevin səhhəti ilə bağlı narahatedici məlumatlardır

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkilləri istintaqa rəhbərlik edən Baş prokuror Zakir Qaralova və istintaq qrupuna etirazlarını bildiriblər. Vəkil Ramiz Məmmədovun sözlərinə görə, istintaq qrupu çoxsaylı qanun pozuntusuna yol verib. Eyni zamanda, sabiq nazirin ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası hüqüqu pozulub. İndiyədək vəkillərin heç bir vəsatəti təmin olunmayıb.


Eyni zamanda, Fərhad Əliyevə və yaxınlarına təzyiqlər davam edir. Sabiq nazirin qohumları həbs olunub, onunla işləmiş Əlihüseyn Şalıyev müəmmalı şəkildə dünyasını dəyişib. Vəkil Ramiz Məmmədov bildirir ki, istintaqa etirazın başlıca səbəbisə Fərhad Əliyevin səhhəti ilə bağlı narahatedici məlumatlardır: «O, 40 gündən artıqdır ki, iradəsinin ziddinə olaraq Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlanılır. Bir müddət öncə Əlihüseyn Şalıyevin də bu müəssisədə şübhəli ölümü bizi narahat edir».


Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev istintaqın obyektiv aparıldığını və Fərhad Əliyevin ilk gündən vəkillə təmin olunduğunu bildirir. Vəsatətlərin təmin olunmamasına gəlincə, cənab Əliyev deyir ki, görünür, onların hüquqi əsası olmayıb. Mətbuat Xidmətinin rəhbəri vəkillərin narahatlığına əsas görmür. «Müalicə üçün minimal da olsa, şərait yaradılıb. Əlihüseyn Şalıyevin öldürülməsni təsdiqləyəcək hələlik heç bir dəlil yoxdur və vəkillər nahaq narahat olurlar».


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev hakimiyyəti zorla ələ keçirməyə cəhddə, dövlət əmlakını mənimsəmədə ittiham olunur.


XS
SM
MD
LG