Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

Gəncədə rəssamların beynəlxalq festivalı başlayıb


Rəssamların tamaşaçıların gözü qarşısında çəkdikləri rəsm əsərləri Gəncəyə hədiyyə ediləcək

Rəssamların tamaşaçıların gözü qarşısında çəkdikləri rəsm əsərləri Gəncəyə hədiyyə ediləcək

Sentyabrın 8-də Gəncədə ilk dəfə olaraq rəssamların beynəlxalq festivalı başlayıb. Üç gün davam edəcək tədbirə Türkiyə, İran, Rusiya, Qazaxıstan və Gürcüstan rəssamları qoşulacaq. Əcnəbi rəssamlar Gəncə sakinlərinə eksperimental əsərlərini nümayiş etdirəcəklər. Hətta bəziləri tamaşaçıların gözü qarşısında yaradıcılıqla məşğul olub əsərin yaranma prosesini göstərəcəklər.


Tədbirin keçirilməsinə maliyyə dəstəyi verən «Soros» - Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun mədəniyyət və incəsənət proqramı üzrə rəhbəri Cahangir Səlimzadə deyir ki, əsas məqsəd Azərbaycanın ikinci şəhərində ədəbi mühiti canlandırmaq, yerli rəssamları həvəsləndirməkdir: «Vaxtilə Gəncə mədəniyyət mərkəzi olub. Amma indi burda ədəbi mühit öləziyib».


Gəncə Dövlət Rəsm Qalereyasının rəhbəri Faiq Osmanov isə bildirir ki, festival çərçivəsində yerli sənətçilərin rəsmlərini əks etdirən toplunun buraxılması onları çox sevindirib: «10-12 iliydi ki, Gəncədə heç bir rəsm sərgisi keçirilmirdi. Amma bu festival çərçivəsində gənc rəssamların əsərlərindən ibarət bukletlər buraxıldı».


Təşkilatçılar festivalı keçirmək üçün böyük qalereya tapmasalar da, bundan pəjmürdə olmayıblar. Qərara gəliblər ki, tədbiri şəhərin diqqət çəkən ərazilərində keçirsinlər və tamaşaçı gözü qarşısında yaradılmış əsərləri Gəncəyə hədiyyə etsinlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG