Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:50

«Şərq»: «İnsan ticarəti ilə mübarizə üçün Azərbaycana 350 min dollar ayrılıb»


«Azərbaycanda qəribə müxalifət var. Çox zəif, qeyri-mütəşəkkil və birləşə bilməyən müxalifət. Bu problemin çox səbəbləri var. Mədəni kökləri, sovetlərdən qalmış irs. Siyasi partiyaları həqiqi siyasi partiya adlandırmaq çətindir. Bunlar, daha çox, siyasi personalar ətrafında bir qrup adamın birləşməsidir». ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesinin bu sözlərini şərh edən «Bakı-Xəbər» qəzetinin əməkdaşı yazır ki, müxalifətin zəifliyinin səbəblərindən danışan ATƏT rəsmisinin «sovetlərdən qalmış irs» kimi ümumi, lakin çox məzmunlu bir səbəb göstərməklə Stalinsayağı seçki saxtakarlığına işarə etdiyini nəzərə alsaq, müxalifətin ondan inciməsi yersizdir. Müəllifə görə, müxalifətin zəif və dağınıq hala düşməsinin əsas səbəblərindən biri məhz dalbadal seçkilərin saxtalaşdırılması kimi sovetlərdən qalmış ziyanlı irsdir.


«Şərq» qəzetinin əməkdaşı yazır ki, ABŞ-ın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin ic­ti­ma­iy­yət­lə əla­qə­lər şö­bə­si­nin rəh­bə­ri Co­na­tan He­ni­k in­san al­ve­ri ilə mü­ba­ri­zə­də Azər­bay­can hö­ku­mə­ti ilə əmək­daş­lıq­dan məm­nun qal­dı­ğı­nı ifa­də edib və bil­di­rib ki, in­san al­ve­ri ilə mü­ba­ri­zə­də Azər­bay­ca­nın ye­ri dün­ya öl­kə­lə­ri sı­ra­sın­da xey­li yax­şı­la­şıb və bu, ABŞ Döv­lət De­par­ta­men­ti­nin il­lik he­sa­ba­tın­da öz ək­si­ni ta­pıb. Cənab He­nik qeyd edib ki, in­san ti­ca­rə­ti ilə mü­ba­ri­zə üçün Azər­bay­can hö­ku­mə­ti­nə 350 min ABŞ dol­la­rı məb­lə­ğin­də və­sa­it ay­rı­lıb. «Tə­miz Dün­ya» İc­ti­mai Bir­li­yinin səd­ri Meh­ri­ban Zey­na­lo­va­nın fik­rin­cə isə, Azər­bay­can in­san al­ve­ri üz­rə tran­zit öl­kə­dən ar­tıq tə­yi­nat öl­kə­si­nə çev­ril­mək­də­dir. Hü­quq-mü­ha­fi­zə or­qan­la­rı prob­le­min qar­şı­sı­nı al­ma­ğa ça­lış­ma­lı­dır.


Hacı Məmmədov və onun suç ortaqlarının məhkəmə proseslərini şərh edən «Yeni Müsavat» qəzetinin əməkdaşı yazır ki, hər məhkəmə iclası mühakimə olunanlardan hansınınsa şok açıqlamaları ilə əlamətdar olur. Onlar danışdıqca, hakimiyyətdə təmsil olunan olduqca yüksək rütbəli məmurların bütün çirkli mahiyyəti, kriminal xisləti üzə çıxır. Amma müəllif iddia edir ki, hakimiyyətdəki bəzi qüvvələr artıq məhkəməyə müdaxilə etməyə başlayıblar. Muhakimə olunanları tədricən susdururlar. Artıq bayırdakı ağalarının tapşırığı ilə Hacı Məmmədov və hələ də onun sözünü eşidən suç ortaqları danışmağı azaldıblar.


«Mərkəz» qəzetinin əməkdaşı Bakıdakı ali məktəblərin nəzdində fəaliyyət göstərən tələbə yataqxanalarının vəziyyətini araşdırıb. Müəllif yazır ki, əksər ali məktəblərin yataqxanalarında məcburi köçkünlər məskunlaşdığından, tələbələrə yer qalmayıb. Yataqxanada yer tapılsa belə, oradakı ağır şərait tələbələrin normal yaşamasına imkan vermir. Bu durumda valideynlərin əlacı övladına kirayə mənzil tutmağa qalır ki, belə mənzillərin qiyməti də hər ailənin büdcəsinə görə deyil. Müəllif vəziyyətdən ən yaxşı çıxış yolunu paytaxtda pullu tələbə yataqxanalarının istifadəyə verilməsində görür.


XS
SM
MD
LG