Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:11

Nemət Pənahlı heç kimi bıçaqlamadığını deyir


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı sentyabrın 7-də keçirdiyi mətbuat konfransında birgə iş gördüyü «Savalan» firmasının rəhbəri Abbas Rzayevi bıçaqlamadığını bəyan edib. O, Abbas və Kənan Rzayevlərə 700 dollar borclu olduğunu, bu üzdən də narazılıq yarandığını deyib. Cənab Pənahlının sözlərinə görə, qarşı tərəf onu və ailəsini dəfələrlə təhqir edib, o da Rzayevləri təkbətək söhbətə çağırıb. Partiya sədri Rzayevlərin ona birinci əl qaldırdığını, davaya təhrik etdiklərini də əlavə edir: «Mən nə İsa Qməbərəm, nə də Əli Kərimli ki, məni təhqir etsinlər və buna dözüm».


Zərərçəkən qismində çıxış edən Abbas Rzayev isə Nemət Pənahlının borcu qaytarmaqdan imtina etdiyini və 7-8 nəfərlik dəstəylə ona və oğluna hücum çəkdiyini bildirir. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi qaldırılıb, istintaq gedir. Polis İdarəsindən bildiriblər ki, hər iki tərəf dindirilib.





XS
SM
MD
LG