Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:13

Azərbaycan Rusiyaya nota verib


Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Səfirlik sentyabrın 3-də Rusiyanın dövlət televiziyası «RTR»in xəbərlər proqramında separatçı Dağlıq Qarabağ Respublikasının müstəqillik günü ilə bağlı reportajın getməsinə və Arkadi Qukasyanın bu qurumun rəhbəri kimi təqdim olunmasına etiraz edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mətin Mikayıl bildirir ki, dövlət televiziyasında belə bir reportajın getməsi Rusiyanın Cənubi Qafqazdakı marağına və Moskvanın əvvəlki bəyanatlarına ziddir: «ATƏT-in Minsk Qrupunda həmsədrlərdən biri olan Rusiyanın telekanallarının separatçı rejimin təbliği ilə məşğul olması hər baxımdan düz sayılmır».


Sözügedən reportaj ötən bazar «RTR»də gedəndən sonra XİN Rusiyadakı səfirliyin faktı araşdırmasını istəmişdi.



XS
SM
MD
LG