Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:11

Gənc kinematoqrafçılar Şəkinin Kiş kəndinə toplaşacaq


Azərbaycan Gənc Filmistehsalçıları Assosiasiyası sentyabrın 15-dən oktyabrın 1-ə qədər Şəkinin Kiş kəndində İran, Qırğızıstan, Gürcüstan və Azərbaycandan olan gənc rejissorları ətrafına toplayacaq. 15 gün ərzində gənc rejissorlar qısametrajlı kinofilmlər üçün ssenari yazıb filmlər çəkəcəklər. Onlara Hollandiyadan olan ssenarist və rejissor Sander Blom rəhbərlik edəcək.


Gənc kinorejissorlar Şəkinin Kiş kəndini isə təsadüfi seçməyiblər. Burda alban kilsəsi var, bərpadan sonra hazırda fəaliyyət göstərir. Kiş kəndinə toplaşan rejissorlar da elə dini dözümlülük mövzusunda ssenari yazıb filmlər çəkəcəklər. Toplantının məqsədi həm də kinonun müxtəlif baxışların birliyinə yardım etdiyini göstərməkdir.


Azərbaycan Gənc Filmistehsalçıları Assosiasiyası bu ilin fevralında yaradılıb. Assosiasiyanın məqsədlərindən biri müxtəlif ölkələri təmsil edən kinematoqrafçılar arasında ünsiyyət qurmaqdır.
XS
SM
MD
LG