Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:10

Yan Mikallef: «Azərbaycanda təkrar bələdiyyə seçkilərini müşahidə ilə bağlı yekun qərar sentyabrın 15-də veriləcək»


Oktyabrda keçiriləcək bələdiyyə seçkilərindən sonra Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin mandatı təsdiqlənməzdən öncə, onun yeni üzvlərinin kimliyi və necə seçilməsi araşdırılacaq. Bu haqda Konqresin vitse-prezidenti Yan Mikallef məlumat verib.


Bir müddət öncə Yerli və Regional Hakimiyyətlər Konqresi bəyan etmişdi ki, bu ilin sonunadək nəticəsi ləğv olunmuş bələdiyyələrə təkrar seçki keçirilməsə və bu qurumdakı nümayəndə heyəti tam tərkibdə formalaşdırılmasa Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər. Az sonra MSK oktyabrın 6-da təkrar, əlavə və yeni bələdiyyə seçkilərinin keçirilməsi haqda qərar verdi.


Yan Mikallefin sözlərinə görə, Azərbaycanda təkrar bələdiyyə seçkilərini müşahidə ilə bağlı Konqresin yekun qərar sentyabrın 15-də veriləcək.


Cənab Mikallef onu da əlavə edir ki, Avropa Şurası Azərbaycanda bələdiyyələr kimi merin də seçki yolu ilə təyin edilməsini tələb edir. Onun qənaətincə, artıq Azərbaycanda Avropa Şurasının tələblərinə uyğun islahatların aparılması zamanı yetişib və Azərbaycan hökuməti bununla bağlı yaxın vaxtlarda qərar verməlidir.


XS
SM
MD
LG