Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08

İran Azərbaycanının meşələrində yanğın baş verib


Rəsmi strukturlar yanğınların səbəbi barədə dəqiq məlumata malik deyil

Rəsmi strukturlar yanğınların səbəbi barədə dəqiq məlumata malik deyil

Sentyabrın 4-də başlayan və 3 gün davam edən yanğınlar nəticəsində İran Azərbaycanının Xalxal rayonunun Malandağ meşələrinin 200 hektarı tamamilə məhv olub. Ərdəbil vilayətinin cənubunda yerləşən və İran Azərbaycanının ən yaşıl zonalarından biri sayılan bu ucqar ərazidə şose yolunun olmaması yanğın söndürən maşınların məntəqəyə gətirilməsinə mane olmuş və yanğının söndürülməsini təxirə salmışdı.


Xoy mahalının Təbii Sərvətlər İdarəsinin rəhbəri Eynullah Əsədi hava yolu ilə yanğın söndürmək imkanlarının məntəqədə mövcud olmamasını bu sahədə ən əsas çatışmazlıq kimi qiymətləndirib. O, bildirib ki, su daşıyan vertolyot və təyyarələrlə bir saat ərzində söndürülə bilən bu meşə yanğınları imkanlar məhdud olduğundan 11 saatdan sonra dayandırıla bilib.


İranın İRNA xəbər agentliyinin verdiyi məlumata əsasən Xalxal rayonunun Malandağ meşələri və ətraf tarlalara vurulan ziyanın 25 milyon dollardan çoxdur.


İran Azərbaycanından alınan başqa bir xəbərdə sentyabrın 6-da Ərdəbilin şimalında və Astaranın şərqində yerləşən Nəmin mahalının Fındıqlı meşələrində də yanğın baş verib. Əsasən yerli əhalinin səyi nəticəsində yanğın bir günün içində söndürülsə də meşələrə vurulan xəsarət yüksəkdir.


Rəsmi strukturlar yanğınların səbəbi barədə dəqiq məlumata malik deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG