Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:08

Livana sülhməramlı göndərilməsi üçün son sözü İlham Əliyev deməlidir


Bir müddət əvvəl Xarici İşlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Bakı Livana beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsini hələlik müzakirə edir. Onun sözlərinə görə, sülhməramlıların hansı ölkənin komandanlığı altında fəaliyyət göstərəcəyi, harada yerləşdiriləcəyi, hansı şərtlər altında və hansı mandatla xidmət edəcəyi aydınlaşmayanadək Azərbaycan bu haqda konkret fikir deyə bilmir. Amma hazırda Livandakı sülhməramlılara Fransanın rəhbərlik edəcəyi bəllidir. Bununla belə, Azərbaycan hökuməti yenə də qərar verməyib. Parlamentin sədr müavini Bahar Muradova deyir ki, bu siyasi əhəmiyyətli qərar olduğundan sözügedən məsələ barədə son sözü ölkə başçısı İlham Əliyev deyə bilər.


Sentyabrın 30-da işə başlayacaq Milli Məclisin Livana sülhməramlı göndərmək məqsədilə müzakirə aparacağı isə hələlik məlum deyil.


Xarici İşlər və Müdafiə nazirlikləri də bildirirlər ki, bu siyasi qərar olduğundan, onlar yalnız işin texniki tərəfini həll edə bilərlər.


XS
SM
MD
LG