Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:55

Xanlar haqqında Almaniyada kitab çap olunub


Bir qrup Almaniya vətəndaşı vaxtilə Xanlar rayonunda yaşamış ata-babalarının qəbrini ziyarətə gəlib. Onların arasında on səkkizinci əsrdə öz məşhur şərab zavoduyla tanınan Füller qardaşlarının nəvələri də var. Almanlar babalarına məxsus, şərab zavodu kimi indi də fəaliyyət göstərən müəssisəyə baş çəkiblər.


Xanlar Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimovanın «Azadlıq» radiosuna bildirdiyinə görə, üç gün Xanlarda qalacaq almaniyalı qonaqlar rayonun keçmiş görüntülərini əks etdirən bəzi köhnə fotoşəkilləri və bölgənin tarixi haqqında Almaniyada nəşr olunan kitabı tarix-diyarşünaslıq muzeyinə bağışlayıblar.


Yaxınlarının məzarını ziyarətə gələn İzella Raspi isə bildirib ki, bu bölgədən olan almanlar Almaniyada tez-tez bir yerə yığışıb, Azərbaycandakı günlərin xatirəsini bölüşürlər.


Xanlar rayonunda vaxtilə almanlar məskunlaşsa da, 1941-ci il avqustun 28-də SSRİ Ali Sovetinin çıxardığı qərarla «öz sıralarında təxribatçılar və casuslar gizlədə biləcəkləri» ehtimallarına əsaslanaraq başqa yerlərə, o cümlədən Almaniyaya köçürülüblər.


XS
SM
MD
LG