Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:15

ABŞ Azərbaycana 8 minaaxtaran it hədiyyə edib


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, avqust ayı ərzində 3 min kvadrat metrə yaxın ərazi yoxlanılıb və həmin ərazilərdə təxminən 33 min partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib. İndiyədək isə zərərsizləşdirilmiş hərbi sursat və minaların sayı 60 minə yaxın olub.


ABŞ-ın Marşal İrsi İnstitutu isə ANAMA-ya 8 yeni minaaxtaran it hədiyyə edib. Həmin itlər Bosniya və Hersoqovinada minaaxtaran təlim mərkəzində bir aylıq kursu uğurla başa vurublar.


Avqust ayında bir hərbçi xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək həlak olub. Son 5 ildə isə minalarla bağlı 78 hadisə baş verib. Həmin hadisələr zamanı 49 nəfər həlak olub, 109 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG