Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:55

Nemət Pənahlı onunla bağlı yayılan məlumatlara yaxın günlərdə aydınlıq gətirəcəyini deyir


«Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunmasıyla bağlı məlumatları təkzib edir. Partiya sədri sentyabrın 1-də «Savalan» firmasının direktoru Abbas Rzayev arasında insidentin olduğunu təsdiqləsə də bu barədə danışmaq istəməyib. Mətbuatda yayılan məlumatlarda yanlışlığa yol verildiyini bildirən cənab Pənahlı yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransı baş verənlərə aydınlıq gətirəcəyini bildirib.


Zərərçəkən qismində çıxış edən firma rəhbəri Abbas Rzayev isə «Azadlıq» radiosuna bildirib ki, Nemət Pənahlı ona olan 900 dollar borcunu verməkdən imtina edib və 7-8 nəfərlik dəstəylə birlikdə ona və oğluna hücum çəkib. O da bununla bağlı Nizami rayon polis idarəsinə müraciət edib.


Nizami rayon polis idarəsindən «Azadlıq» radiosuna bildiriblər ki, Nemət Pənahlı polis idarəsinə dəvət olunub ifadə verdikdən sonra sərbəst buraxılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.


XS
SM
MD
LG